ABŞ-dan ETİRAF: "Bacara bilmirik"
11 May 2016 17:45 DünyaABŞ Yaxın Şərqdəki terrorizm problemi ilə təkbaşına bacara bilmir. Axar.az bildirir ki, bunu "Vaşinqton Post" qəzetinə müsahibəsində ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper söyləyib. Onun sözlərinə görə, regionun əsas problemləri hələ uzun illər həll edilmədən qalacaq:
"Əhalinin böyük hissəsini narazı gənc kişilər təşkil edir. Üstəlik, burada nəzarət altında olmayan ərazilər, iqtisadi problemlər və digər məsələlər də var. Biz Mosulu İŞİD-dən tez bir zamanda azad etməyəcəyik. Bu, ən azı ABŞ Prezidenti Barak Obamanın zamanında olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00