“iPad” istifadəçilər tərəfindən ən yaxşı planşet seçildi

"Apple" şirkətinin "iPad"ı istifadəçilər tərəfindən artıq neçənci dəfədir ki, planşetlər arasında ən yaxşısı seçilir. İKT.lent.az-ın "vladtime.ru" saytına istinadən məlumatına görə, bu şirkətin cihazı altıncı dəfədir "J.D.Power and Associates" şirkətinin keçirdiyi tədqiqatın qalibi olur. Ən yaxşı planşet kompüteri ilə bağlı sorğu 2015-ci ilin sentyabrdan 2016-cı ilin mart ayı arasındakı müddətdə keçirilib. İstifadəçilərin istifadəsində bir ildən çox olmayaraq olan avadanlıqlar 5 əsas parametrlə qiymətləndirilib. Belə ki, istifadəçilərə bu cihazı onun istifadəsinin sadəliyi və rahatlığı, keyfiyyəti, işləmə gücü, zahiri görünüşü, qiyməti və funksionallığı baxımından qiymətləndirmək təklif edilib. "J.D.Power and Associates" nümayəndələri bildirir ki, "iPad" demək olar ki, bütün kateqoriyalar üzrə müsbət qiymətləndirilib və mümkün 1000 baldan 830 balı toplayıb. İstifadəçilər bu cihazın əsas çatışmazlığını onun qiymətinin baha olmasında görürlər. Maraqlıdır ki, səsvermənin nəticələrinə görə "Microsoft" şirkətinin istehsalı olan planşet kompüteri də 829 bal toplayıb. Baxmayaraq ki, bu texnika şirkət tərəfindən nisbətən qısa müddətdir istehsal olunur. "Samsung" şirkətinin istehsalı olan cihazlar da olduqca yüksək qiymətləndirilib və 822 bal toplayıb. Bu üçlüyün sonunda 820 balla "Asus" və 817 balla "Amazon" şirkətinin cihazları durur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00