ABŞ-da insanabənzər döyüş robotlarının yarışı keçiriləcək

ABŞ-ın "Megabots" şirkəti insanabənzər döyüş robotlarının ilk amerikan liqasını təşkil etmək niyyətindədir. İKT.lent.az-ın "vladtime.ru" saytına istinadən məlumatına görə, bu yarışlar öz konsepsiyası etibarilə Olimpiya oyunlarını xatırladacaq. Yarışlarda 18-60 yaşlı şəxslər iştirak edə bilər. Liqada qeydiyyatdan keçmək üçün iştirakçılar öz robotunun döyüş bacarığını və saz vəziyyətdə olmağını yoxlamalıdırlar. Şirkət Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri ilə bu mövzuda məsləhətləşmələr aparmağı da planlaşdırır. Təşkilatçıların sözlərinə görə, yarışlarda təkcə içik dronlar deyil, 7 ton çəkisi olan döyüş robotları da iştirak edə biləcəklər. Robotların sərhəddən keçirilməsi problem yaradacağı üçün bununla əlaqədar qanunvericiliyə dair müzakirələrin də keçirilməsi zərurəti ortaya çıxır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00