“Western Digital” “SanDisk”i 19 milyard dollara satın aldı

Dünyanın ən böyük kompüter elektronikası, sərt disklər və şəbəkə yığıcıları istehsalçılarından biri "Western Digital" bu sahədə fəaliyyət göstərən digər şirkət "SanDisk"i satın aldığını rəsmən açıqlayıb.  İKT.lent.az-ın xəbərinə görə, sövdələşmə 19 milyard dollara başa gəlib. Satınalma "SanDisk"in bazar payının da WD-nin əlinə keçməsi mənasına gəlir. "SanDisk" daha çox flaş yaddaş kartları və USB istehsalı üzrə ixtisaslaşıb. Şirkətin baş direktoru Sanjay Mehrotra "bu sahədə lider şirkətə çevrilməkdə olan "Wesetrn Digital"ın uğurlarına töhfə verməyi səbirsizliklə gözləyirik", - deyib.    Maraqlıdır ki hər iki şirkət ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərsə də, birləşmə barədə açıqlama Çin Ticarət Nazirliyi tərəfindən verilib. Anlaşma mayın 12-dən etibarən qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00