Hindistan “iPhone”ların şifrəsini sındırmaq üçün texnologiyası olduğunu açıqladı

Hindistan "iPhone"ların şifrəsini sındırmaq üçün gizli texnologiyaya sahib olduğunu açıqlayıb. İKT.lent.az-ın xəbərinə görə, bu barədə Hindistanın rabitə və informasiya texnologiyaları naziri Ravi Shankar Prasadın "İndian Express"ə məlumat verib. Onun sözlərinə görə, məhkəmə araşdırmalarının daha asanlaşdırılması üçün müvafiq proqram yaradılıb və bu proqram "iPhone" da daxil olmaqla bütün smartfonların şifrəsini sındıra bilir. Lakin nazir proqramın necə işlədiyi ilə bağlı məlumat verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00