Aktyor saray kimi evini bu qiymətə satdı
11 May 2016 20:15 DünyaAktyor Jan Klod Van Dam saraya bənzər evini 7,25 milyon dollara satıb.Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, evin yeni sahibi isə rep ifaçısı və prodüser "Ice Cube" olub. Van Dam iki il yaşadığı evi bir müdət əvvəl 10 milyon dollara satışa çıxarmışdı. Okean mənzərəli malikanənin 6 yataq otağı, 8 hamamı, kitabxanası, kinoteatrı, bilyard salonu, lifti, baxçası və süni şəlaləsi var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00
















