Həbsdə olan müğənnidən sürpriz
11 May 2016 19:51 DünyaTəxminən 1 il 5 aydır həbsxanada olan Dəniz Səki sənətçi dostları ilə birlikdə həbsxanada konsert verib. Türkiyə mətbuatı xəbər verir ki, konsertdə Əli Altay, Hande Yenər, Əda Özülkü, Murat Evgin və Əməl Müftüoğlu iştirak ediblər. Konsertdən əvvəl məşhurlar həbsxanada yatan məhbusların övladlarının təhsil aldığı məktəbi və uşaq bağçasını ziyarət edib. Qapalı idman salonunda gerçəkləşən konsertdə Dəniz Səki həbsdə olan qadınların uşaqları üçün xüsusi olaraq bəstələdiyi mahnını ilk dəfə səsləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00