Keçən ilin aprelində dünyasını dəyişən müğənni Kayahanın həyat yoldaşı İpek Açar və qızı Aslı Gönül xeyriyyə məqsədi ilə hazırlanmış defiledə səhnəyə çıxıblar.
Axşam.az xəbər verir ki, ifaçının böyük qızı Beste Açar buna çox əsəbləşərək açıqlama verib:
"Atam həmişə mənim modellik etməyimə qarşı olmuşdu. Bacım Aslı Gönülün də göz önündə olmasını heç zaman istəməmişdi. Amma atam öləndən sonra onlar ortalıqdadırlar. Ürəyim yanır... Əminəm ki, atam yatdığı yerdə, qəbrində narahat olur".