Marsda oksigen tapıldı

Alimlərdən yeni uğur

Marsın atmosferində atom oksigen tapılıb. ATV.az bildirir ki, məlumata görə, oksigen planetin üst təbəqəsindədir. Araşdırmaları davam etdirən elm adamları marsın atmosferində başqa hansı maddə və qazların olduğunu aydınlaşdırmağa çalışır.Məlumata görə, Marsdakı atom oksigeni, stratosfer təbəqəsindən yuxarı təbəqələrdə araşdırma aparan Sofiya aparatı tapıb. Bildirilir ki, təbiətdə molekul halında olan oksigen qazı atmosferin üst təbəqlərində atom oksigen halında ola bilir. Bunu da yalnız ultrabənövşəyi şüalanma yolu ilə aşkara çıxarmaq mümkündür.

Qeyd edək ki, NASA-nın boinq 747 Sp tipli araşdırma aparatı  15 min metr yüksəkliyə qədər qalxa bilir. Alimlər daha dəqiq araşdırma aparmaq üçün bu xüsusi aparatla atmosferi tərk edir. Mars atmosferində son 40 ilk dəfə araşdırma aparan alimlər, yer planetini əhatə edən qazların nə qədər uzaqlığa yayıldığını müəyyənləşdirməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00