25 gündür itkin düşdüyü deyilən aktyordan xəbər
11 May 2016 19:17 DünyaUzun müddətdir şizofreniyadan əziyyət çəkən aktyor Arda Kural keçən il maddi çətinliklərinə görə yaşadığı evindən çıxmışdı. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə,evinin baxçasında yaşayan və qonşuları tərəfindən polisə şikayət edilən aktyorun 25 gündür itkin düşdüyü deyilirdi. Anasının onu axtardığı deyilən A.Kuralla bağlı Büyükçekmece Bələdiyyəsindən açıqlama gəlib. Açıqlamada deyilir ki, aktyorun itkin düşməsi xəbərləri yalandır. O, hazırda anası ilə birgə yaşayır, dərmanlarını vaxtında atdığı üçün sağlamlığı yerindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00