Arda Kuraldan xəbər var
11 May 2016 13:22 DünyaBir müddətdir şizofreniya xəstəliyindən müalicə alan Arda Kuraldan xəbər var. Keçən il anasının maddi sıxıntıları səbəbindən çıxmaq məcburiyyətində qaldığı evin baxçasında yaşayan Kuralı qonşuları polisə şikayət etmişdi. Bir zamanların məşhur aktyorunun bu acınacaqlı vəziyyəti hər kəsi üzmüşdü. Daha sonar çətin günlər yaşayan aktyor haqqında bir çox iddialar səsləndi. Son olaraq isə Ardanın 25 gündür itdiyi və anasının onu axtardığı söyləndi. Amma bu iddialara onun köməyinə yetişən və ehtiyacları ilə maraqlanan Büyükçekmece Bələdiyyəsindən açıqlama gəldi. Açıqlamaya görə, onun anasının evində yaşadığı, müalicəsini davam etdirdiyini və sağlıq vəziyyətinin yaxşı olduğu deyildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00