Küçə ortasında cinayət

Hakkaridə görəvli polis məmuru Batuhan H. (21) köhnə sevgilisi Necmiye Ceren B. (20) ilə barişmaq üçün Konur küçəsinə gedib. Barışmaq istəmədiyini söyləyən qızla polis arasında mübahisə yaranıb. Mübahisə zamanı belindəki silahı çıxaran polis atəş açıb. Nəticədə başından vurulan  Necmiye Ceren B. hadisə yerində dünyasını dəyişib. Daha sonra polis məmuru başına dayadığı silahdan atəş açaraq ağır yaralanıb və hadisə yerinə gələn 112 təcili servis əməkdaşları tərəfindən xəstaxanaya qaldırılıb. Polis hadisə ilə bağlı araşdırma başladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00