Terrorçuların evləri yandı

Çeçenistanın Qroznı rayonundakı nəzarət-buraxılış məntəqələrində terror törədən Şamil Canarəliyev və Əhməd İnalovun evləri yanıb. Modern.az bildirir ki, yanğın zamanı evdəkilərdən heç kim xəsarət almayıb. Canarəliyevin qohumlarından biri deyib ki, qonşular onlara sığınacaq veriblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki açıqlanmır. Qroznıda baş verən partlayış zamanı 6 polis yaralanıb, onlardan dördü hazırda reanimasiyadadır. Hücumda iştirak edən Şamil Canarəliyev özünü partladıb, İnalov isə Daxili İşlər Nazirliyinin əməkdaşlarından silah almağa cəhd göstərərkən məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00