ABŞ Konqresinin məlumat bazasına hücum etdilər

ABŞ Konqresinin məlumat bazası kiberhücuma məruz qalıb. Ölkə.az bildirir ki, hakerlər ABŞ Konqresinin kompüter şəbəkəsinə hücum ediblər. Məlumata görə, hakerlər Konqresin sisteminə daxil olmağa cəhd ediblər. "Son 48 saat ərzində nümayəndələr palatasının informasiya təhlükəsizliyi şöbəsi tərəfindən üçtərəfli kiberhücum qeydə alınıb. Hakerlər hücum üçün YahooMail və Gmail elektron poçt sistemlərindən istifadə ediblər", - Konqresin yaydığı yazılı açıqlamada belə deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00