ABŞ-da qanlı olay: ölən və yaralılar var
11 May 2016 11:58 DünyaABŞ-ın Massaçusets ştatında cinayətkar iki nəfəri bıçaqlayaraq öldürüb, daha iki nəfəri isə yaralayıb. Azvision.az bildirir ki, həmin şəxs hadisə yerində olan polis tərəfindən güllələnib. Hadisə Boston şəhərindən 30 kilometr cənubda yerləşən Tonton şəhərində baş verib. Cinayətkar öncə evinin yaxınlığında gəzən iki nəfəri bıçaqlayıb, daha sonra öz avtomobili ilə "Silver City Galleria" ticarət mərkəzinin binasına çırpılıb və iki nəfəri yaralayıb. Cinayətkar polis tərəfindən zərərsizləşdirilib. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat bilinmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00