Silahlı dəstələrə 72 saat vaxt verildi
11 May 2016 11:51 DünyaVenesuela prezidenti Nikolas Maduro cinayətkar silahlı qruplaşmalara hökumətə təslim olmaları və dinc yolla silahlarını yerə qoymaları üçün 3 gün vaxt verib, əks təqdirdə kriminalı güc yolu ilə məhv edəcəyini vəd edib. Faktxəbər bildirir ki, hazırda Venesuelada, xüsusən Karakasda cinayət səviyyəsi rekord həddədir. Bu, ölkənin son zamanlarda düşdüyü ağır iqtisadi duruma da təsir göstərib. Observatorio Venezolano de Violencia müstəqil qurumunun hesabatına görə,ölkə 2015-ci ili 100 min sakinə 90 qətl səviyyəsində bitirib ki, bu da hərbi əməliyyatlar getməyən ölkə üçün ən yüksək göstəricidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00