Nalbandyan Fransaya səfər edəcək
10 May 2016 18:40 DünyaErmənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 12-də Fransaya işgüzar səfər edəcək. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın XİN-in məlumatında deyilir. Səfər çərçivəsində E. Nalbandyanın Fransa xarici işlər naziri Jan Mark Eyro və digər yüksək səviyyəli rəsmilərlə görüşləri gözlənilir. Görüşlər zamanı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00