Türkiyədə partlayış: 15 polis yaralanıb
10 May 2016 18:35 DünyaTürkiyənin Diyarbəkir vilayətində minalanmış avtomobilin partlaması nəticəsində 15 polis əməkdaşı yaralanıb. Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisənin arxasında PKK terror təşkilatı dayanır. Xatırladaq ki, bu gün Türkiyənin Mardin vilayətində naməlum şəxslər hərbi karvana hücum ediblər. Silahlı hücum nəticəsində 5 hərbi qulluqçu xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00