
Aldığı zərbələrdən yerə yıxılıb qusan uşağı anası təpikləyib, atası isə başına yumruqla dəfələrlə vurub. Sonra isə ana və ata övladlarını vannada boğmağa başlayıblar.
Ölümündən bir neçə an əvvəl uşaq vannadan sürüşərək yerə düşüb. 8 yaşlı oğlanın öldüyünü görən ata və ana yerdəki qan ləkələrini yumağa başlayıblar.
Hadisə yerinə təcili yardım uşağını valideynləri yox, bacı və qardaşları çağırıblar.
8 yaşlı oğlan xəstəxanaya aparılanda yolda keçinib.
Məhkəmə-tibbi ekspertizasının rəyində bildirilir ki, 8 yaşlı oğlan ölümündən əvvəl yalnız mürəbbə yeyibmiş. Bu isə uşağın ölümündən əvvəl ən azı 38 saat ac qaldığını göstərir.
Uşağın anası əvvəllər xuliqanlığa görə, 49 yaşlı atalığı isə qətlə görə məhkum olunmuşdular.
3 dəfə ərə gedərək boşanmış Qalina Renqanın 6 övladı var.
"Bu qəddar ana övladlarına divan tuturdu. Öldürülən oğlanı əvvəllər dəfələrlə zirzəmiyə salıb qapını bağlamışdılar, onu ac saxlamışdılar. Qalina kiçik qızını da dəfələrlə evdən qovub. Yazıq uşaq küçələrlə boş butulkalar yığıb çörək alırdı", - qonşular deyiblər.