Obama ABŞ tarixində ilk prezident olacaq ki, bunu edəcək

ABŞ prezidenti Barak Obama Yaponiyanın Xirosima şəhərinə səfər edəcək. Aznews.az bildirir ki, bu, ABŞ prezidentinin Xirosimaya şəhərin ABŞ aviasiyası tərəfindən 1945-ci ildə nüvə bombardmanına məruz qalmasından sonra ilk səfəri olacaq. "Ağ Ev" mətbuat katibi Coş Ernestin sözlərinə görə, Barak Obama Xirosimaya Yaponiya baş naziri Sindzo Abe ilə birlikdə gələcək və daha sonra Vyetnama gedəcək. "Prezident nüvə silahı olmadan dinc və təhlükəsiz dünya ideyasına sadiq olduğunu vurğulamaq üçün baş nazir Abe ilə birlikdə tarixi səfər edəcək", - deyə Ernest bildirib. Xatırladaq ki, Xirosima 1945-ci ilin avqustunda bombardmana məruz qalıb. "Little boy" adlanan bomba 4 min dərəcə temperaturluq istilik dalğası doğurub. 4,5 kilometr radiusda yayılan dalğa faktiki olaraq bütün şəhəri məhv edib. Nəticədə 140 min insan vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00