Müğənni filmə çəkilir - Ledi Qaqa

Dünya şöhrətli müğənni Ladi Qaqa haqda yeni xəbər var. Müğənni filmə çəkiləcək. "Ulduz doğuldu" adlanacaq film aktyor Bredli Kuperin rejissorluğu ilə çəkiləcək. Bu film eyni zamanda aktyorun rejissor kimi ilk işi olacaq. Melodrama janrında çəkiləcək filmdə yaşlı rok musiqiçisi ilə gənc müğənninin sevgi münasibətlərindən bəhs olunur. Məlumata görə, filmdə gənc müğənni rolunu canlandırmaq ilk olaraq Beyonsa təklif olunsa da, sonra bu rol üçün Ledi Qaqaya müraciət olunub. Ümumi büdcəsi 40 milyon dollar təşkil edəcək filmin çəkilişlərinə nə zaman start veriləcəyi haqda isə hələ ki məlumat verilmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00