21 il sonra gözləri açıldı - Möcüzə

Bir qəza həyatını alt-üst etdi, başqa bir qəza ona ikinci dəfə həyat verdi. ABŞ-da  21 ildir gözləri görməyən qadının görmə qabiliyyəti möcüzə nəticəsində bərpa olub. 1995-ci ildə avtomobil qəzasına düşən qadın aldığı zərbədən görmə qabiliyyətini itirib. 21 ildir gün işığına həsrət qalan  Meri, bir müddət əvvəl pilləkəndən düşərkən yıxılıb və boyun fəqərəsi zədələnib. Onu dərhal əməliyyat edən həkimlər,  nəticə qarşısında gözlərinə inanmayıblar. Onlar Merinin boynunu müalicə etsələr də, nəticədə gözləri də açılıb. Həkimlər onun gözlərinin açılmasını möcüzə kimi qiymətləndirir. Ancaq buna elmi əsaslandırma gətirən də var.  Beyin cərrahı Con Afşarın sözlərinə görə 21 il əvvəl baş verən qəzada böyük ehtimalla onun beyninə gedən arteriyalardan biri sıxılıb.  Beyinə qan yaxşı işləmədiyindən görmə qabiliyyəti də pozulub. İllər sonra cərrahlar boyun fəqərələrini əməliyyat edərkən özləri də bilmədən həmin arteriyaya toxunaraq onu açıb. Beləliklə   sinir hüceyrələrinə qan işləməyə başladığından görmə qabiliyyəti də geri qayıdıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00