1 Aprel zarafatı reallaşdı, boşandılar
10 May 2016 19:08 DünyaModel Tuğba Özay "Survivor"dan qayıtdıqdan sonra "Renkli sayfalar" proqramında da qonaq olub. Axşam.az xəbər verir ki, 38 yaşlı model bitən evliliyini canlı yayımda danışıb: "Həyat yoldaşım ilə evliliyimiz "Survior"a getmədən öncə rəsmi olaraq bitdi. Ərimlə telefonda danışdıq, çox gözəl şeylər dedi. Onun da həyatında biri var... 8 illik münasibətimizin ilk 4 ili çox gözəl idi. O, evcanlı, gözəl qəlbli, düzgün, keyfiyyətli adam idi. Hər şeydən vaz keçməyimi istəyirdi. Adam əvvəl qəbul edir, amma fikirləşirsən ki, 22 ildir bu sahədəyəm, heyfdir. Aprelin 1-də ona zarafatla mesal yazdım ki, "boşanmaq istəyirəm". Dərhal zəng vurub "bu, nə deməkdir?" soruşdu. "1 aprel zarafatı etdim" dedim... Amma bir ay sonra real boşanmaq haqda müzakirə aparırdıq... O, mənə iki il əvvəl də demişdi ki, "uşaq istəyirəm, sənsə işini sevirsən". Bundan sonra davam etmişdim. Amma bu ilin yanvarında boşandıq".