Robert Köçəryanın evinə qumbara atan şəxs ifadə verib

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın evinə təlim qumbarası atan şəxs ifadə verib. APA-nın "news.am" istinadən verdiyi məlumata görə, İrəvan sakini, 32 yaşlı Ovanes Muradyan 18 aprel tarixində saxlanılıb. O, qanunazidd əməl törədərkən olduğu avtomobil aşkarlanıb. O. Muradyan ifadə verib. Avtomobildə axtarış aparılıb. Onun taksi sürücüsü olduğu məlum olub. Xatırladaq ki, aprelin 15-də həmin şəxs R. Köçəryanın evinə tərəf təlim qumbarası atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00