Kabildə partlayış nəticəsində 20 nəfər ölüb, 200 nəfər yaralanıb
19 Aprel 2016 11:38 DünyaƏfqanıstan paytaxtı Kabilin mərkəzində avtomobilə quraşdırılmış bomba partlayıb. APA-nın "lenta.ru" ya istinadən verdiyi xəbərə görə, bu barədə "Tolonews" məlumat yayıb. Partlayış nəticəsində 20-dən çox insan ölüb, 198 nəfər yaralanıb. İnsident Əfqanıstanın müdafiə, maliyyə və milli təhlükəsizlik nazirliklərinin yerləşdiyi Pul-e-Mahmud Xan rayonunda baş verib. Avtomobildə terrorçu-kamikadze də olub. Əfqanıstan prezidenti Əşrəf Qani hadisəni terror aktı adlandırıb. "Taliban" hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Hazırda rayonda atışma səsləri eşidilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00