Xidmətçi xəstəxanada gəlinə təcavüz etdi
19 Aprel 2016 11:32 DünyaTürkiyədə yenə təcavüz hadisəsi baş verib. "Sabah"da yazılan xəbərə görə, 22 yaşlı, 3 ayın gəlini müalicə aldığı İstanbulun "Bayrampaşa Devlet Hastanesi"ndə təcavüzə uğrayıb. Məlumata görə, tez-tez təzyiq problemi ilə üzləşən Necla P. müalicə almaq üçün xəstəxanaya yatırılıb. Onun otaqda tək olduğu vaxtların birində xəstəxananın xidmətçisi Neclanın əlini-qolunu tutaraq öpməyə başlayıb. Gəlin səs-küy saldığına görə xidmətçi qaçaraq otaqdan uzaqlaşıb. Polislər tərəfindən saxlanılan xidmətçi təcavüz etdiyini etiraf etmir. Məsələ ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00