Trampdan tarixi səhv
19 Aprel 2016 10:29 DünyaABŞ-da Respublikaçılar partiyasından ölkə prezidentliyinə namizəd seçilməyə ən real iddiaçılardan sayılan Donald Tramp 11 sentyabr 2001-ci il tarixində Nyu-Yorkda baş vermiş terror hücumlarının vaxtını səhv salıb. report bildirir ki, bu barədə "Huffington Post" qəzeti məlumat yayıb."Mən orada, aşağıda - düz Ümumdünya Ticarət Mərkəzinin yanında idim və iyulun 11-də polisləri və yanğınsöndürənlərimizi seyr edirdim", - deyə milyarder Nyu-York ştatındakı praymerizdən əvvəl Baffalo şəhərinə səfəri zamanı deyib.Xatırladaq ki, 2001-ci ilin sentyabr ayında "Əl-Qaidə" terror təşkilatının terrorçu-kamikadzeləri dörd sərnişin təyyarəsini qaçırmış, onlardan ikisini Nyu-Yorkun işgüzar rəmzi olan Ümumdünya Ticarət Mərkəzinə, digərlərini isə Pentaqona və böyük ehtimal, Ağ Ev və ya Kapitoliyə yönləndirmişdi. 11 sentyabr terroru nəticəsində 2974 nəfər ölmuş, 24 nəfər itkin düşmüşdü.