Türkiyədə antiterror əməliyyatı: PKK-nın liderləri öldürüldü
18 Aprel 2016 15:48 DünyaSon həftələr ərzində terror əleyhinə əməliyyat aparılır. Kürdüstan İşçi Partiyasının (PKK) 18 üzvü Türkiyənin cənubi-şərqində Mardin əyalətinin Nusaybin şəhəri ərazisində Suriyaya qaçmağa cəhd edərkən məhv edilib. Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi Anadolu Agentliyi məlumat yayıb. Agentliyin hərbi mənbələrinin məlumatına görə, öldürülənlər arasında təşkilatın iki lideri var. Nusaybində son həftələr ərzində PKK üzvlərinə qarşı terror əleyhinə əməliyyat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00