“Fiat” Rusiyadan çıxır

İtalyanın "FİAT" avtomobil nəhəngi Rusiya bazarından çıxacağını bəyan edib. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, şirkətin açıqlamasına görə Rusiyada bu markaya aid sadəcə məhdud markalar satılacaq. FİAT-ın verdiyi bəyanata görə bu qərarın əsas səbəblərindən birisi Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar olub. Çünki bu şirkətin əsas avtomobi istehsalat bazası Türkiyədə yerləşməkdədir. Bu səbədən ixracat və gömrük mövzusunda şirkət Rusiyada çətinliklərə və əngəllərə məruz qalır. İkinci əsas səbəb isə Rusiyada dərinləşən maliyə-iqtisadi böhran və əhalinin alıçılıq qabiliyyətinin ciddi şəkildə düşməsi göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00