Rusiyadan Türkiyəyə daha bir məhdudiyyət

Rusiya xüsusi və xidməti pasportları olan Türkiyə vətəndaşlarına viza rejimi tətbiq edib. Report bildirir ki, Rusiyanın tətbiq etdiyi yeni qaydalar aprelin ortalarından qüvvəyə minib. Müvəqqəti və ya daimi yaşamaq icazəsi olan Türkiyə vətəndaşları isə Rusiyaya vizasız səyahət edə biləcək.

Qeyd edək ki, Rusiya bu ilin yanvarın 1-dən etibarən ümumi pasportu olan Türkiyə vətəndaşlaırna viza rejimi tətbiq edib. Xüsusi və xidmət pasportları olanlara isə bu rejim aprelin ortalarından tətbiq etməyə başlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00