London- Honkonq təyyarəsində körpə ölüb
18 Aprel 2016 13:38 DünyaÖtən gün Cathay Pacific hava yollarına aid Boinq 777 tipi London Honkonq səfərini yerinə yetirən təyyarədə faciə baş verib. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, təyyarədəki sərnişinlərin 4 aylıq körpəsinin vəziyyəti qəflətən pisləşib. Təyyarə təcili olaraq Alma-Ata hava limanına məcburi şəkildə enib. Olay yerinə gələn tibbi briqada körpənin dünyasını dəyişdiyini müəyyən edib. Tibbi mütəxəssislərin verdiyi açıqlamaya görə körpənin ölüm səbəbinin ürək çatışmamazlığından ola biləcəyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00