Rüşvət alanlar edam ediləcəklər

Çinin Ali Məhkəməsi və Ali Prokurorluğu korrupsiya sahəsində ölüm hökmünün tətbiqi qaydasını müəyyən edib. Axar.az bildirir ki, bundan sonra 460 min dollardan yuxarı rüşvət alan şəxslər edam cəzasına məhkum ediləcək.

Xatırladaq ki, Çində korrupsiyaya qarşı irimiqyaslı mübarizə kampaniyası 2012-ci ildə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpinin hakimiyyətə gəlməsindən sonra start götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00