Rusiyadan İrana 5 milyard dollarlıq kredit
18 Aprel 2016 13:05 DünyaRusiya tərəfindən İrana dövlət xətti ilə 5 milyard dollarlıq kredit xəttinin açılması ilə bağlı hüquqi uyğunsuzluqları aradan götürmək mümkün olub. Virtualaz.org bildirir ki. bunu jurnalistlərə RF maliyyə nazirinin müavini Sergey Storçak deyib. 2016-cı il ərzində Rusiya İrana bu kreditin ilk 2,6 milyard dollarlıq tranşını təqdim edəcək. Həmin vəsait İranda dəmir yollarının "Rusiya Dəmir Yolları"nın iştirakı ilə elektrikləşdirilməsinə və Rusiya şirkətləri tərəfindən İranda istilik-enerji stansiyalarının qurulmasına sərf olunacaq. İrana 5 milyard dolar həcmində kreditin ayrılması barədə ilkin sənədlər Vladimir Putinin 2015-ci ilin noyabr ayında Tehrana rəsmi səfərinin gedişində imzalanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00