Əsl erməni davranışı

"Çoxlu erməni dostlarım var. Çoxlu erməni tanışlarım var. Çoxlu ermənilər var ki, şəxsən tanımasam da, Facebook-dan tanıyıram. Təbii ki, Azərbaycanın mənimçün Ermənistana bərabər oldğunu deyə bilmərəm. Təbii ki, yox! Sadəcə, bir səbəbdən - dini mənsubiyyətə görə. İstənilən halda mənə xristianlıq İslamdan daha yaxındır". Bu sözləri Rusiyanın "Eurasia Daily" resursunun baş redaktoru İrina Fedina Facebook-dakı profilində yazıb. Onun statusu böyük qalmaqala səbəb olub, erməniləri qəzəbləndirib.

Fedina yazıb: "Lakin son hadisələr məni, yumşaq desək, bir qədər təəccübləndirdi. Daha konkret olsam, bir sıra ermənilərin mövqeyi anlaşılmazdır. Onlar çox anti-Rusiya, özü də sırf istehlakçı mövqeyi tutublar. "Rusiya cavab verməyə qoymadı", "Rusiya silah satır", "Rusiya ermənilərin vəziyyətindən istifadə edir" və s.
Təbii ki, bütün bunlar məni şoka salıb. Burada bizneslə məşğul ol, Rusiya vətəndaşlığı al, Rusiyadan preferensiyalar və güzəştlər tələb elə, amma Qərblə fəal oyna. Bilirsinizmi, əsl erməni davranışıdır. Yəni ermənilərin mövqeyi belədir: "Siz savaşda bizim əvəzimizə vuruşun, qalib gəlin, Qarabağı alın, Azərbaycanla münasibətləri kəsin, investisyalar verin, Rusiyada vətəndaşlığın alınması prosedurunu asanlaşdırın və s. Amma bizimlə kiçik tərəfdaş kimi davranmayın, bərabər olun, daxili siyasətimizə qarışmayın..."

Krımın tanınması? Cənubi Osetiyanın tanınması? Yox, bu Rusiyanın şəxsi işidir. Yəni tərəfdaşdırlar guya.
Bax, fikirləşirəm. Hamı necə də vətənpərvərdir! Amma niyə Rusiya ərazisində, Rusiya vətəndaşlığı ilə və Rusiyanın kütləvi informasiya vasitələrində? Hanı tələm-tələsik yığışma, vətənə qayıtma, referendum, bütün qərarları qəbul etmiş hakimiyyətinə suallar?!
Bütün bunlar çox qəmlidir. Ermənistanda anti-Rusiya çıxışları təbii olaraq Rusiyada ermənilərə olan münasibəti pisləşdirir. Bir sualım var: siz ki, Putindən və Lavrovdan belə narazısınızsa, niyə Ermənistanda Konstitusiyanın dəyişməsinin lehinə səs verirsiniz, prezidentinizdən razısınız?! Ən azı əvvəlcə öz hakimiyyətinizin tənqidindən başlayın, Rusiyaya bərabər səviyyəli tərəfdaş olmağa can atın. Amma yox - kiçik tərəfdaş qismində Rusiyadan pullar almaq, sonra da bərabər səviyyəli olmağı tələb etmək rahatdır.
Kiminsə xətrinə dəydimsə, üzr istəyrəm. Amma ermənilərin davranışları artıq bezdirir",
İrina Fedinanın 10 gün əvvəl yazdığı bu status onun başına bəla olub.

Rusiyadakı erməni diaspor təşkilatlarının rəhbərləri "aşkar antierməni mövqe" tutduğuna görə "EADaily"nin baş redaktorunun vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər.
İrina Fedinanın ən yaxın dostlarının, hətta sevgilisinin erməni olması barədə sonradan yazdıqları da dadına yetməyib.
Rusiya Erməniləri İttifaqına (SAR) daxil olan erməni iş adamlarına məxsus şirkətlərin hamısında "EADaily"a giriş blok olunub. Bundan başqa, ermənilərin şirkətləri bu xəbər resursuna reklam verilməsini də dayandırıblar.
İ.Fedinadan "ermənilərdən üzr istəmək" tələb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00