Gürcüstana turistlər axışır
15 Aprel 2016 10:58 Dünya"İqtisadiyyat Nazirliyinin hazırladığı yeni strategiyaya əsasən, Gürcüstanda turistlərin sayı 11 mln nəfərə çatdırılmalıdır". APA bildirir ki, bu sözləri Tiflisdə beynəlxalq turizm sərgisinin açılış mərasimində çıxışı zamanı Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili deyib. "Bizim hazırladığımız turizmin inkişaf strategiyasına əsasən, ölkəyə gələn xarici turistlərin sayı 5.9 mln nəfərdən 11 mln nəfərədək çatdırılmalıdır", - deyə nazir bildirib.
Qeyd edək ki, Tiflisdə açılan beynəlxalq turizm sərgisində Estoniya, Latviya, Belarus, Türkiyə, İndoneziya, Qazaxıstan, Tailand və Ukrayna daxil olmaqla 68 ölkə və təşkilat iştirak edir. Beynəlxalq sərgi aprelin 16-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00