Mahaçqalada terrorçular məhv edildi
15 Aprel 2016 10:30 DünyaMahaçqala yaxınlığında, silahlıların ötən gün məhv edildiyi ərazidə silah-sursat anbarı aşkarlanıb. Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Gazeta.ru"ya Rusiya Milli Antiterror Komitəsindən (RMAK) bildirilib. "Hadisə yerindən 6 ədəd qumbaraatan, 2 piyadalar əleyhinə reaktiv odsaçan qurğu, 2 pulemyot, 7 avtomat, ovçu karabin tüfəngləri, snayper tüfəngi, çoxlu sayda əl qumbarası, döyüş sursatı, gecə vaxtı müşahidə avadanlığı və hərbi ləvazimat", - deyə məlumatda bildirilib. RMAK-ın məlumatına görə, öldürülən silahlılar irimiqyaslı terror aktları planlaşdırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00