ABŞ Rusiyanı hədələdi: "Hərbi gəmimiz Rusiyanın qırıcısına..."

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın Su-24 qırıcısının ölkəsinə aid hərbi gəminin üzərində manevr etməsinə münasibət bildirib. Ölkə.az bildirir ki, ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri Rusiyanın bu hərəkətini sərt şəkildə qınayaraq bunun ağılsız və təxribat xarakterli bir addım olduğunu deyib. "Biz belə hərəkətləri qınayırıq. Bu, ağılsız bir addımdır. Bu, təxribatdır və çox təhlükəli bir addımdır. Döyüş əməliyyatlarının aparılması qaydalarına əsasən, həmin təyyarəyə zərbə endirilə bilərdi", - deyə Kerri vurğulayıb.

Xatırladırıq ki, dünən Rusiyaya məxsus Su-24 qırıcıları və döyüş helikopterləri Baltik dənizində təlim keçən ABŞ raketdaşıyan kreyserinin üzərində dövrə vuraraq manevr etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00