94 saat televizora baxdı - Fasiləsiz VIDEO

Dayanmadan 4 gün  4 gecə  televizora baxdı, dünyanın ən çətin rekordlarından birinə imza atdı. ABŞ-ın Nyu York şəhərində yaşayan bir gənc əzmkarlığı ilə adını ginesin rekordlar kitabına yazdıra bilib.   "ATV Xəbər" bildirir ki, ən uzun müddətdə televizor izləyən insan  adını qazanmaq uğrunda  Alehandro  Freqoso və Moli Enis mübarizə aparıb.  Qalaktika döyüşü, Alatoran və daha bir neçə film və serialları ardıcıl izləməklə rekord vurmağa çalışan namizədlər buna nail olmaq üçün ən azı  92 saat gözlərini ekrandan ayırmamalı idi.  Rekord cəhdindən əvvəl həkimlər  iştirakçıların səhhətində problem olub-olmadığını dəqiqləşdirib. Ginnes təşkilatının iştirakçılar qarşısında irəli sürdüyü şərtlər isə rekord cəhdini daha da çətinləşdirib. Gənclərə gözlərini ekrandan çəkmək qadağan olunub. Onlara hər saatın sonunda 5 dəqiqəlik istirahət verilib. Bundan başqa iştirakçıların bir-birləri ilə uzun söhbət etməsinə də icazə verilməyib.

Rekord cəhdinin ikinci günündə Moli Enis  bir anlıq ekran əvəzinə rəqibinə baxdığı üçün yarışdan uzaqlaşdırılıb. Alehandro isə dayanmadan  96 saat televizora tamaşa edib. Yuxusuz qalan gəncin hətta göz qapaqlarını zorla aralı tutmağa çalışması da diqqət çəkib.

Qeyd edək ki, bundan əvvəlki dünya rekordu avstriyalılara məxsus idi. Ötən il bu ölkənin vətəndaşı dayanmadan 92 saat televizora baxmışdı. Alehandro həmin göstəricini 2 saat qabaqlamaqla yeni dünya rekordunu ələ keçirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00