Bəbir kəndə hücum etdi VIDEO

Kəndlilər təşvişə düşdü

Hindistanda kəndlərdən birində peyda olan bəbir sakinləri təşvişə salıb. "ATV Xəbər" bildirir ki, vəhşi heyvana hücum çəkən insanlar onu binalardan birinin ətrafında sıxışdırmağa nail olublar. Bəbiri daş atəşinə tutan gənclər bu yolla heyvanı zərərsizləşdirməyə çalışıblar. Elə bu vaxt qəfildən hücuma keçən bəbir gənclərdən birinin üzərinə atılıb. Gəncə yüngül xəsarətlər yetirən yırtıcı, qaçaraq yenidən tikintidə gizlənib. Amma yerli sakinlər və təhlükəsizlik əməkdaşlarının səyi nəticəsində bəbiri elə yerindəcə zərərsizləşdirmək mümkün olub.

Qeyd edək ki, son bir ay ərzində ölkənin müxtəlif əyalətlərində artıq bir neçə dəfədir ki, oxşar hadisə baş verir. Yırtıcılar kəndlərə hücum edərək onlarla insana xəsarət yetirib. Sonuncu dəfə orta məktəblərdən birinə daxil olan bəbir azı 5 nəfəri yaralayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00