Qan verən insanlar daha çox yaşayırlar - Tədqiqat

Sən demə, daimi qan donorları digər insanlardan daha çox yaşayır. Danimarkalı alimlər tədqiqatlar nəticəsində belə qənaətə gəlib ki, tez-tez qan verən insanlar bu kimi proseduru həyatlarında cəmi bir neçə dəfə keçən və ya heç keçməyən şəxslərdən uzunömürlü olur. İsveç və Danimarkadan olan mütəxəssislərin həyata keçirdiyi eksperimentlərdə könüllü olaraq daimi qan verən milyonlarla insan iştirak edib. Nəticələr göstərir ki, onlar həmyaşıdlarından bir neçə il çox yaşayırlar. Hələlik alimlər bu kimi təzahürlərə tam olaraq izahat tapa bilmirlər. Lakin bu dəqiqdir ki, mütəmadi olaraq qan verən insanlar üçün bunun faydası onlarda dəmirin yüksək səviyyədə qalmasıdır. Bundan başqa, daimi donorların orqanizmi qan itkisini tez aradan qaldırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00