Rusiya prezidenti Ukraynanın şərqində təhlükəli təxribatların olmayacağını vəd edib

Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində təmas xəttində təhlükəli təxribatların olmayacağını vəd edib. APA-nın məlumatına görə, Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırarkən Ukrayna rəhbərliyini "Minsk-2" danışıqlar formatı üzrə razılaşmaların şərtlərinə riayət etməməkdə günahlandırıb. "Minsk razılaşmalarının icrası ilə bağlı bir çox məsələ havadan asılı vəziyyətdə qalıb. Əgər ABŞ-dakı tərəfdaşlarımız bu yolu birgə getməyimizi istəyirlərsə, Kiyevdəki tərəfdaşlarına təsir göstərməlidirlər. Hər dəfə bizim nəyisə etməli olduğumuzu deməyə nə ehtiyac var? Nəyi icra etməliydiksə, etmişik", - deyə o vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00