Mahaçqalada 3 yaraqlı öldürüldü
14 Aprel 2016 16:12 DünyaMahaçqala şəhəri ətrafında keçirilən xüsusi əməliyyat zamanı 3 yaraqlı məhv edilib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Dağıstanın güc strukturlarındakı mənbənin verdiyi xəbərə görə, öldürülənlərdən biri 30 yaşlı Kamil Maqamodeovdur. Mahaçqaladakı quldur dəstəsinin yaraqlıları Leninkənd qəsəbəsindəki şəxsi evlərdən birində gizləniblər. Aprelin 13-də güc strukturları yaraqlıların məhv edilməsi məqsədilə aktiv xüsusi əməliyyat keçiriblər. Aprelin 14-də səhər saatlarında adıçəkilən qəsəbədə operativ əməliyyatın bərpasından sonra dəstə üzvləri məhv ediliblər. Modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00