3 şagirdi ilə sevişən, 2 şagirdinə təcavüz edən müəllimə özünə haqq qazandırır
14 Aprel 2016 15:46 DünyaŞagirdləri ilə cinsi münasibətdə olan müəllimə bu hərəkətinə haqq qazandırmaq üçün "arqument" fikirləşib. "Posta" qəzeti xəbər verir ki, ABŞ-da 3 oğlan şagirdi ilə sevişməkdə, 2 şagirdinə isə təcavüz etməkdə ittiham olunan müəllimə Brayen Altis məhkəmədə özünü təmizə çıxarmağa çalışıb. ABD-da baş vermiş bu hadisədən sonra 35 yaşlı müəllimə məhkəməyə əlləri qandalda, ayaqları zəncirdə gətirilib. Məhkəmə zalına ağlayaraq girən B.Altis günahsız olduğunu desə də, onun şagirdlərindən biri müəlliməsi ilə azı 3 dəfə cinsi əlaqədə olduğunu bildirib. B.Altis isə özünə haqq qazandıraraq deyib ki, şagirdlərin dərsi mənimsəmələrinə yardım etmək üçün onlarla cinsi əlaqədə olub. Məhkəməyə qatılan valideynlər müəllimənin bu "arqument"inə kəskin etiraz bildiriblər. İndi hər kəs məhkəmənin müəlliməyə kəsəcəyi cəzanı gözləyir.