Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxır

Ermənistan parlamentinə Avrasiya İqtisadi Birliyindən çıxmaqla bağlı layihə təqdim olunub. "Olaylar" xarici mətbuata istinadən xəbər verir ki, sənəd "Azad demokratlar" Partiyasının sədri, deputat Xaçatur Kokobelyan tərəfindən təqdim olunub."Avrasiya İqtisadi Birliyində Ermənistan Respublikasının üzvlüyünə xitam verilməsi proseduruna başlanılması" adlı layihədə qeyd edilib ki, Ermənistanın qurumda bir illik üzvlüyü müddətində ölkənin inteqrasiyası, rifahının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulmuş addımlar həyata keçirlməyib, Əksinə, ötən il Ermənistanın AİB ölkələrinə ixracı, investisiyaların həcmi əhəmiyyətli dərəcədə azalıb. Layihədə o da vurğulanıb ki, AİB-ə üzvlük Ermənistanın təcrid olunmasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00