Bu görüşü 5 min polis qoruyur
14 Aprel 2016 15:08 DünyaTürkiyədə İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammiti öz işinə başlayıb. Axar.az-a istinadən bildirir ki, axşam Dolmabaxça sarayında zirvəyə qatılan bütün dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi təşkil olunacaq. Bundan əlavə, şam yeməyində 16 türk dövlətini təmsil edən əsgərlər də iştirak edəcəklər. Bu arada təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə əlavə 5 min polis qüvvəsi cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00