Taliban yaz hücumuna başladı: 24 ölü
14 Aprel 2016 14:55 DünyaTaliban terrorçuları Əfqanıstanın şimalındakı Fəryab və Cövzcan vilayətlərində hücuma keçiblər. Axar.az-a istinadən bildirir ki, 200 nəfərlik silahlı dəstə ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 24 terrorçu öldürülüb. Taliban isə Cövzcanda 7 hərbçinin öldürüldüyünü iddia edib. Xatırladaq ki, təşkilat iki gün öncə yaz hücumlarına başlayacaqlarını açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00