Çin dünyadakı sənaye robotlarının 25 faizini istehsal edir
14 Aprel 2016 19:28 DünyaÇin dünyada ümumi yaradılan sənaye robotlarının dörddə bir hissəsini istehsal edir. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, Çin Xalq Respublikasının Sənaye və İnformasiyalaşdırma Nazirliyinin rəsmisi Xuay Tzinpen qeyd edib ki, Çin müəssisələri robototexnika sahəsində ən aparıcı şirkətlərdən biridir. Yerli mütəxəssislər mütəmadi olaraq yeni layihələr yaradır və texnologiyalar tərtib edirlər. 2020-ci ildə Çin Xalq Respublikasının sənayesi 150 min ədəd robotlaşdırılmış texnikanın satışına nail olacaq. Beş ildən sonra isə bu rəqəm 100 min ədədə qədər artacaq. Təxmin edilən gəlir isə 100 milyard yuana çatacaq Robototexnika maşınqayırmada, sənayedə, səhiyyədə və digər sahələrdə istifadə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00