Məşhur müğənni tanınmış aktyora vurulub

Populyar və qalmaqallı amerikalı müğənni Mayli Sayrus dünən ABŞ-ın Los-Anceles şəhərində " The Huntsman: Winter's War" filminin premyerasına aktyor Layam Hemsvortla birlikdə qatılıb. Milli.Az TMZ-yə istinadən bildirir ki, 26 yaşlı aktyorla 23 yaşlı müğənni reportyorları görəndə kameralardan yayınmağa çalışsalar da, buna nail olmayıblar. Filmdə baş rol olan "Ovçu" obrazını Layam Hemsvortun qardaşı Kris canlandırıb. Layamla Mayli ötən həftə Brentvud şəhərindəki "Baltaire" restoranında birgə şam yeməyində olublar. Yeməkdə Layamın böyük qardaşı Lyuk və onun xanımı Sem də iştirak etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00