Türkiyə 17 terrorçunu tutdu

Türkiyənin Van şəhərinin Erciş rayonunda yol kəsib 10 yük maşınını yandıran terroristlərə qarşı eyni zamanda keçirilən əməliyyatlarda saxlanılanlar var. Modern.az bildirir ki, Erciş Prokurorluğu 4 apreldə Erciş-Adilcevaz yolunun yaxınlığında yol kəsənlər barədə istintaq başladıb. Əməliyyat zamanı 17 şübhəli saxlanılıb. Axtarışlar nəticəsində 5 "Kalaşnikov" avtomatı və 300 fişəng ələ keçirilib. Səhər saatlarında başlayan əməliyyatın hələ də davam etdiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00