"Ərimin toyuna gedərəm"

Türkiyəli müğənni Yeşim Salkım ötən gün yaxınları ilə birlikdə 48 yaşını qeyd edib. Milli.Az "Sözcü"yə istinadən xəbər verir ki, ad günündə müğənnilərdən Burak Kut və Tuğba Özerk də iştirak edib. Müğənni jurnalistlərə şəkil çəkdiklərinə görə təşəkkür edib. Keçmiş ərinin onu zəng edib təbrik etməsi haqqında danışan Yeşim maraqlı açıqlama verib: "Hədiyyə "söhbətini fırlatdı", amma zəng edib təbrik elədi. Aramız elə yaxşıdır ki, toy eləsə, toyuna gedərəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00